• 19 Mart 2024
logo
Təminat Fondunun xərclərinə dair hədd müəyyənləşdirilir

Təminat Fondunun xərclərinə dair hədd müəyyənləşdirilir

Dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə ödənişlər cari büdcə ili ərzində cəlb edilən dövlət borcalması hesabına təmin edildikdə, bu ödənişlərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilməyəcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Dövlət borcu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Digər təklif olunan dəyişikliyə əsasən, Təminat Fondunun xərclərinin yuxarı həddi həmin fondun büdcə ilinin əvvəlinə olan qalığından və il ərzində mədaxil olunacaq vəsaitin cəmindən yuxarı ola bilməz.