• 19 Mart 2024
logo
Zəngəzur dəhlizi Azərbaycan ərazisi ilə yükdaşımaları artırmağa imkan yaradacaq

Zəngəzur dəhlizi Azərbaycan ərazisi ilə yükdaşımaları artırmağa imkan yaradacaq

Zəngəzur dəhlizinin açılması Azərbaycana Türkiyə-Mərkəzi Asiya istiqamətində (Əfqanıstan daxil olmaqla) ağır tonnajlı yük avtomobilləri ilə ölkə ərazisi ilə yükdaşımaları artırmağa imkan yaradacaq.
Bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlama və inkişaf departamentinin müdiri Xudayar Həsənli "Azərbaycanın logistika imkanları. Real vəziyyət və prespektivlər" mövzusunda media nümayəndələri üçün keçirilən təlimdə bildirib.
Onun sözlərinə görə, hazırda Türkiyə-Mərkəzi Asiya istiqaməti üzrə illik ağır tonnajlı yük avtomobilləri ilə daşımaların həcmi 120 minə yaxındır və bunun ancaq 20%-i (20-25 min) Azərbaycanın ərazisi ilə həyata keçirilir.
X. Həsənlinin fikrincə, Azərbaycan üçün hədəf bu göstəricini 40-50%-ə və ya təqribən 60 minə çatdırmaqdır.
O əlavə edib ki, Zəngəzur dəhlizinin açılması daşımaları tezləşdirməklə yanaşı, onları ucuzlaşdıracaq. Yanacaq xərclərin azalması və dəhliz çərçivəsində sərhəd-buraxılış keçidlərinin olmaması buna imkan yaradacaq.