• 26 Aprel 2024
logo
Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir

Koronavirusun "omikron" ştammı ilə bağlı narahatlıqların azalması fonunda neftin bahalaşması davam edir.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin fevral müqaviləsinin dəyəri 0,85% artaraq 1 barelə görə 73,70 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,11% artaraq 70,26 dollar təşkil edib.