• 29 Mart 2024
logo
İşğaldan azad olunan ərazilərdə maliyyə-bank xidmətlərinin yaradılmasına başlanılıb

İşğaldan azad olunan ərazilərdə maliyyə-bank xidmətlərinin yaradılmasına başlanılıb

İşğaldan azad olunan ərazilərdə həyata keçirilən bütün layihələrin investisiya təşviqi sənədi verilən layihələrə aid edilməsi məsələsi müzakirə olunur.
Bunu “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda Şamaxı rayonunda təşkil olunan konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
O, bu ərazilərdə iki sənaye parkının yaradıldığını nəzərə alaraq qeyd edib ki, sənaye və texnologiyalar parkının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar parkda qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə parkdakı fəaliyyətləri ilə bağlı əldə etdikləri gəlirlərinə görə mənfəət (gəlir) vergisini, əmlak vergisini, torpaq vergisini, idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-ni ödəməkdən azaddırlar.
"Dövlət tərəfindən verilən bu güzəşt və azadolmalar işğaldan azad olunan ərazilərdə innovativ iqtisadi inkişafa imkan yaradan çox vacib vasitələrdəndir. İşğaldan azad olunan ərazilərdə innovativ maliyyə-bank xidmətlərinin yaradılması işlərinə start verilib", - deyə S. Ələkbərov qeyd edib.