• 19 Aprel 2024
logo
“İnstitutsional islahatlar vacib şərtlərdən hesab olunur”

“İnstitutsional islahatlar vacib şərtlərdən hesab olunur” - Vüqar Bayramov

“Azərbaycan Prezidentinin sərəncamı ilə Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Hər zaman xüsusi bacarığı və innovativ işgüzarlığı ilə fərqlənən Emin Hüseynovun bu təyinatının Qarabağ iqtisadi rayonunda idarəetməyə xüsusi töhvə verəcəyi şübhəsizdir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili, Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, məsələnin digər tərəfi, Azərbaycan Prezidentinin bu sərəncamı ilə yerli idarəetmədə yeni yanaşmanın tətbiq edilməsidir: “Belə ki, iqtisadi rayon üzrə Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi yerli idarəetmədə yeni modelin tətbiqindən xəbər verir. Ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə Azərbaycanda 14 iqtisadi rayon formalaşdırılıb. Həmin tarixədək 10 iqtisadi rayon təsnifləşdirilib. Mövcud iqtisadi rayonların ikisi işğaldan azad olunan ərazilərimizdə yaradılıb.
Bir müddət öncə işğaldan azad olunan ərazilərimizdə formalaşacaq modelin digər regionlarımız da transfer olunacağı bildirilmişdi. Bögələrdə biznesin inkişafı, daha çox sərmayələrin cəlb edilməsi üçün institutsional islahatlar vacib şərtlərdən hesab olunur. Artıq işğaldan azad olunan ərazilərimizdə yerli idarəetmədə yeni modelin formalaşdırılır və bu yeni stuktur islahatların başlanğıcı kimi də xarakterizə oluna bilər”.