• 26 Aprel 2024
logo
Neft COVID-19-un yeni ştammının yayılması səbəbindən ucuzlaşıb

Neft COVID-19-un yeni ştammının yayılması səbəbindən ucuzlaşıb

Cənubi Afrikada aşkar edilən yeni növ koronavirusun qlobal iqtisadiyyatın bərpasına, eləcədə neftə olan tələbata son dərəcə mənfi təsir edəcəyi qorxusu fonunda neft 13%-dən çox ucuzlaşıb.
“Finam” xəbər verir ki, ötən gün birjalarda 2022-ci ilin yanvarının Brent fyuçersləri 72 dollar, WTI-ın isə 68 dollar civarında olub.
Yeni ştamın aşkarlanmasından sonra Britaniya hakimiyyəti bu bölgəyə uçuşların müvəqqəti qadağan edilməsinə və Cənubi Afrika ölkələrindən gələnlərin karantinə alınmasına dair qərar verdi. Bütün bunlar kontinental Avropada karantin tədbirlərinin sərtləşdirilməsi və Avstriyada tətbiq olunan lokdaun fonunda baş verir.
Həmçinin 2022-ci ilin birinci rübündə qlobal təklifin profisiti ilə nəticələnə biləcək “qara qızıl”ın əsas idxalçı ölkələri arasında ABŞ-ın rəhbərliyi ilə xam neft ehtiyatlarının mümkün razılaşdırılmış buraxılışı da investorların diqqət mərkəzində qalmaqdadır.
Neft bazarında təklifin artması ilə bağlı proqnozlar dekabrın 2-də keçiriləcək növbəti OPEC+ iclasının perspektivlərini qaraldır. Görüşdə alyans və müttəfiqlərinin hasilatı hər ay sutkada 400 min barel artırmağa dair bu ilin iyulunda seçilən strategiyaya əməl edəcəkləri, yada neft hasilatına yanaşmanı dəyişəcəkləri məlum olacaq.