• 30 Noyabr 2021
logo
Əli Əsədov Türkiyə Banklar Birliyinin sədri ilə görüşüb

Əli Əsədov Türkiyə Banklar Birliyinin sədri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 28-də Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakarla görüşüb.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə iki ölkə arasında maliyyə-bank sektorunda əlaqələrin hazırkı vəziyyəti, həmçinin əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı görüşdə iştirak edib.