• 23 Aprel 2024
logo
Azərbaycanın diplomatlarına sığorta ödənişinin verilməsinə dair yeni qayda müəyyənləşir

Azərbaycanın diplomatlarına sığorta ödənişinin verilməsinə dair yeni qayda müəyyənləşir

Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslərə sığorta ödənişinin verilməsi qaydası müəyyənləşir.
Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadığı hallarda isə sığorta ödənişi almaq hüququ olan şəxsin müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində keçiriləcək.
Sığğortalının vəzifələri sırasına sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rub başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödənilmiş sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada və formada hesabat vermək daxildir. Buna uyğun olaraq sığortalı tərəfindən sığortaçya hesabat təqdim olunmadığı hallarda sığorta ödənişi sığortalının sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışına əsasən ödəniləcək və bu barədə məlumatlar sığortalının növbəti rübdə təqdim etdiyi hesabatda əks olunacaq.
Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla ödəniləcək.
Qeyd edək ki, sığortaçı bu Qanunla nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta olunana və ya onun varisinə sığorta sənədləri aldığı gündən 7 təqvim günü ərzində ödənilib. Sığortaçı sığorta ödənişini bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyib.
Xatırladaq ki, dəyişikliyə əsasən, artıq qanun Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyəcək. Bununla əlaqədar qanunun adı da dəyişəcək və “Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi icbari sığortası haqqında” qanun adlanacaq.