• 30 Noyabr 2021
logo
Azərbaycanın gələn il icmal büdcəsinin xərcləri müəyyən edilib

Azərbaycanın gələn il icmal büdcəsinin xərcləri müəyyən edilib

2022-ci ildə Azərbaycanın icmal büdcəsinin xərclərinin yuxarə həddi 32,906 mlrd. manat səviyyəsində müəyyən edilib.
Bu barədə Azərbaycan Respublikası 2022-ci il dövlət büdcəsi haqqında Qanununda deyilir.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcəsi kəsirinin yuxarı həddi 15,819 mlrd. manat səviyyəsində müəyyən edilib.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsində 3,563 mlrd. manatlıq profisit yaranıb. 2020-ci ilin yekunlarına görə isə, icmal büdcəsinin kəsiri 4,698 mlrd. manat və ya ÜDM-in 6,5%-inə bərabər olub.
Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-in 1,8%-nə qədər azalacağını gözləyir. 2022-ci ildə isə defisitin profisitə dəyişərək ÜDM-in 0,7%-inə bərabər olacağı proqnozlaşdırılır.