• 26 Aprel 2024
logo
Avropada qazın qiyməti yenidən 1 100 dolları ötüb

Avropada qazın qiyməti yenidən 1 100 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarını yenidən ötüb.
Bu barədə birja xəbərləri məlumat verir.
Məlumata görə, 25 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 116,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 047,4) ilə müqayisədə 5,7% çoxdur.
Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.