• 16 Aprel 2024
logo
Azərbaycanın ABŞ-a ixracı beş dəfəyədək artıb

Azərbaycanın ABŞ-a ixracı beş dəfəyədək artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ABŞ-la apardığı ticarət dövriyyəsinin həcmi 391,693 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 27,2% azdır.
Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ABŞ-a ixracı kəskin artaraq (4,5 dəfə) 54,853 mln. dollara çatıb. İdxal isə illik müqayisədə 35,9% azalaraq 336,840 mln. dollara enib.
Qeyd edək ki, cari ilin ilk doqquz ayında Azərbaycanın ABŞ-la ticarətində 281,987 mln. dollarlıq mənfi saldo yaranıb, bu da illik müqayisədə 45,1% azdır.