• 19 Aprel 2024
logo
BVF Azərbaycan üzrə neftin itkisiz qiymət proqnozunu endirib

BVF Azərbaycan üzrə neftin itkisiz qiymət proqnozunu endirib

Azərbaycan üçün 2021-ci ildə bir barel neftin fiskal itkisiz qiyməti (fiscal breakeven oil price – red.) 76,4 ABŞ dolları təşkil edəcək.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının oktyabr buraxılışında deyilir.
Bildirilib ki, 2022-ci ildə isə Azərbaycan üçün neftin itkisiz qiyməti 66,1 dollar təşkil edəcək.
BVF-nin region üzrə bu il aprel icmalında Azərbaycan üçün neftin itkisiz qiyməti 2021-ci il üçün 82,5 dollar, 2022-ci il üçün isə 66,4 dollar təşkil edirdi.
Qeyd edək ki, "itkisiz qiymət" səviyyəsi ölkənin maliyyə itkilərinin və mənfəətinin yaxınlaşdığı və tarazlıqda olduğu qiymət nöqtəsidir.
Xatırladaq ki, Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar, 2022-ci il üçün isə neftin qiyməti 45 dollar nəzərdə tutulub.