• 29 Mart 2024
logo
Azərbaycanın neft-qaz sektoruna bu il 4 mlrd. manatdan çox sərmayə yatırılıb

Azərbaycanın neft-qaz sektoruna bu il 4 mlrd. manatdan çox sərmayə yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4 033,8 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 8,1% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövründə bu göstərici 4 391,2 mln. manat təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə neft-qaz sektoruna 5 879,7 mln. manatlıq vəsait yönəldilib. Bu göstərici əvvəlki illə müqayisədə 7,1% artıb.