• 20 Aprel 2024
logo
Avropada qazın qiymətləri uzun müddət yüksək qala bilər

Avropada qazın qiymətləri uzun müddət yüksək qala bilər

Avropada "mavi yanacağın" qiymətləri uzun müddət yüksək səviyyədə qala bilər.
Bu barədə RİA "Novosti"yə "Saxo Bank"ın xammal bazarı üzrə strategiyalar şöbəsinin müdiri Ole Hansen bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqında (Aİ) son həftələr qaz anbarlarının doldurulması yaxşı templərlə gedir və qışın mülayim keçəcəyi təqdirdə, çox güman ki, mövcud qaz ehtiyatları istilik mövsümünün problemsiz keçməsi üçün imkan yaradacaq.
"Bununla belə, adi qışdan daha soyuq bir hava şəraiti, alternativ enerji mənbələrindən istehsalın (elektrik enerjisinin – red.) aşağı olması ilə birlikdə yenə də çətin bir vəziyyət yarada bilər. Bunu nəzərə alsaq, qazın qiymətinin uzun müddət ərzində yüksək olması riski qalır", - O. Hansen bildirib.
Eyni zamanda, Avropa Komissiyası ehtimal edir ki, Aİ-nin enerji təchizatına heç bir təhdid yoxdur və qiymətlər 2022-ci ilin aprelinədək sabitləşəcək.
Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb. Hazırda Avropada qazın qiyməti 1 000 dollar civarında dəyişir.