• 19 Mart 2024
logo
"OPEC+" sazişinin icrası sentyabrda 115%-ə düşüb

"OPEC+" sazişinin icrası sentyabrda 115%-ə düşüb

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri cari ilin sentyabr ayında öhdəliklərini 115% yerinə yetirib.

Bu barədə "Reutres" üç mənbəyinə istinadən xəbər verir.

Avqustda saziş üzrə öhdəliklər 116% yerinə yetirilib.

Məlumatlar onu göstərir ki, bəzi "OPEC+" ölkələri müxtəlif texniki problemlər səbəbindən hasilatı razılaşdırılmış səviyyəyə qaldırmaq üçün çətinliklər çəkir.

Xatırladaq ki, "OPEC+" razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib.