• 30 Noyabr 2021
logo
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 22 974 296 min ABŞ dolları təşkil edib. Bu, illik ifadədə 24,8% çoxdur.
Bu barədə "APA-Economics" Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
İlin ilk doqquz ayında ixrac 14 629 820,87 min. dollar, idxal isə 8 344 475,16 min. dollar təşkil edib. Nəticədə, Azərbaycanın ixracı illik müqayisədə 38,3%, idxalı isə 6,7% artıb.
Hesabat dövründə 6 285 345,7 min dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,3 dəfə çoxdur.