• 21 İyul 2019
logo
add image
Özəlləşdirmə üzrə növbəti hərrac keçirilib

Özəlləşdirmə üzrə növbəti hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 25-də dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac reallaşdırılıb. Komitədən bildirilib ki, vətəndaşların fəallığı budəfəki hərracda rəqabətli mühiti təmin edib. Belə ki, 29 dövlət əmlakı üzrə ümumilikdə 71 sifariş verilib, 16 vətəndaş isə hərracda iştirak üçün sifarişini onlayn formada edib. Hərraca 1994-2010-cu illərdə buraxılmış “Nissan”, “Fiat”, “Volkswagen” və digər markalı avtomobillər çıxarılıb. Onlardan 18-i rəqabətli hərracda özəlləşdirilib. Ən yüksək rəqabət buraxılış tarixi 2008-ci il olan Toyota Corolla markalı nəqliyyat vasitəsinin hərracında müşahidə olunub. Bu avtomobilə sahib olmaq istəyən 8 nəfərin aktiv iştirakı ilə ilkin qiyməti 6 min manat olan dövlət əmlakı 9 min 300 manata alıcı tapıb.
Komitə tərəfindən növbəti hərrac iyulun 2-də keçiriləcək. Özəlləşməyə çıxarılan 85 dövlət əmlakından 19-u səhmdar cəmiyyət, 37-si kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 16-sı nəqliyyat vasitəsi, 1-i isə yarımçıq tikilidir. Hərraclara çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifarişçi statusu qazanmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilərlər. Şəffaflığı və əlçatanlığı təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərracları canlı izləmək imkanı yaradılıb. Komitənin sosial şəbəkə səhifələri və digər internet resurslarından keçid etməklə açıq hərracları qeydiyyatsız izləmək mümkündür. Burada hərraca çıxarılmış lotun adı, start və cari qiyməti, eləcə də təkliflərin irəli sürülməsi canlı nümayiş olunur.
Eyni zamanda, Elektron hərrac sistemi ilə dövlət əmlaklarının sifarişçilərinə rahat iştirak imkanları təklif edilir. Hərrac keçirildiyi gün iştirakçı statusu olanlar prosesə canlı formada qatılaraq seçdiyi dövlət əmlakını özəlləşdirə bilər. Bunun üçün iştirakçı komitənin Elektron Xidmətlər Potalından (e-emdk.gov.az) Elektron hərrac bölməsini seçərək onlayn özəlləşdirməyə qoşulmalıdır.