Bakıda keçirilən 4-cü Beynəlxalq Bankçılıq Forumunda “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Anlaşma Memorandumu imzalanıb.
Sazişi Assosiasiyanın prezidenti Zakir Nuriyev və Korporasiyanın Azərbaycandakı ofisinin rəhbəri Aliyə Əzimova imzalayıb.
Qeyd edək ki, bu gün Bakıda IV Beynəlxalq Bankçılıq Forumu öz işinə başlayıb.
Forum Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası və İqtisadi İslahatlar və Kommunikasiya Təhlili Mərkəzinin dəstəyi ilə keçirilir.
Forum regionda ən mötəbər maliyyə və bank tədbirlərindən biridir.