• 22 Aprel 2025
logo
Azərbaycan əqli mülkiyyətin qorunması üzrə göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb

Azərbaycan əqli mülkiyyətin qorunması üzrə göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb

Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “Əqli mülkiyyətin qorunması” göstəricisində 141 ölkə arasında 30-cu yerdə qərarlaşıb.
Trend-in məlumatına görə, Azərbaycan bu göstəricidə Portuqaliya (32-ci yer), Çexiya (34-cü yer), Sloveniya (38-ci yer) kimi ölkələri qabaqlayıb.
Azərbaycan reytinqdə həmçinin qonşu ölkələri də qabaqlayıb. Belə ki, bu siyahıda Türkiyə 87-ci, Rusiya 90-cı, Gürcüstan 94-cü, İran isə 136-cı yeri tutub.