• 10 Oktyabr 2024
logo
Azərbaycan dəniz limanları xidmətlərinin səmərəliliyi üzrə MDB ölkələri arasında liderdir

Azərbaycan dəniz limanları xidmətlərinin səmərəliliyi üzrə MDB ölkələri arasında liderdir

Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “Dəniz limanları xidmətlərinin səmərəliliyi” göstəricisində 25-ci yer tutaraq MDB ölkələri arasında lider olub.
Trend-in məlumatına görə, reytinqdə Rusiya 47-ci, Qazaxıstan 99-cu yeri tutaraq MDB ölkələri arasında müvafiq olaraq ikinci və üçüncü olub.
MDB ölkələri arasında Moldova 127-ci, Qırğızıstan 138-ci, Tacikistan 139-cu yerdə qərarlaşıb.
Reytinqdə birinci yeri Sinqapur tutub.