• 22 Noyabr 2019
logo
add image
Sahil Babayev: 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində artım gözlənilir

Sahil Babayev: 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində artım gözlənilir

Görülən işlər nəticəsində ölkəmizdə bu ilin 10 ayı ərzində əməkhaqqı fondu əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan sosialyönümlü dövlətdir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlərin mərkəzində vətəndaşlarımızın sosial rifahı durur.

Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev noyabrın 5-də Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində artım gözlənilir. Bu ödənişlər demək olar ki, hər il artırılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur.