• 29 Mart 2024
logo
Rəşad Nəbiyev: "2024-cü ilədək bütün ölkə ərazisi optik internetlə təmin olunacaq"

Rəşad Nəbiyev: "2024-cü ilədək bütün ölkə ərazisi optik internetlə təmin olunacaq"

Azərbaycanda 2024-cü ilədək bütün ölkə ərazisi optik internetlə təmin olunacaq. Bunu "Post COVID-19 və 4-cü Sənaye İnqilabı perspektivlərindən təhsilin dizaynı" adlı beynəlxalq konfransda çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.
Onun sözlərinə görə, rəqəmsal transformasiya üçün lazım olan ana təməllərdən infrastrukturun qurulmasıdır ki, onun üzərində hazırda işlər aparılır.
"Bu gün dünyada 3,6 mlrd. insanın internetə çıxışı yoxdur. Azərbaycanda da kifayət qədər insanın internetə çıxışı yoxdur və qarşımızda duran məqsəd 2024-cü ilədək Azərbaycanda fiber-optik internetin evə çatdırılmasıdır. Bu baxımdan Azərbaycan Prezidentinin tapşırıqları var. Rəqəmsal transformasiya üçün lazım infrastrukturun qurulması istiqamətində çalışırıq. Tam məsuliyyətimlə deyirəm ki, 2024-cü ilədək Azərbaycanın ən ucqar kəndinə internet çatdırılmış olacaq", - deyə nazir qeyd edib.