• 19 Mart 2024
logo
GUAM çərçivəsində həyata keçiriləcək iqtisadi layihələr müəyyənləşib

GUAM çərçivəsində həyata keçiriləcək iqtisadi layihələr müəyyənləşib

Ticarətin və beynəlxalq logistikanın GUAM ölkələri (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) vasitəsi ilə həyata keçiriləcək konkret iqtisadi addımları və layihələri müəyyənləşib.
Ukrayna Xarici İşlər Nazirliyi xəbər verir ki, bunu nazir Ukraynanın xarici işlər naziri Dmitri Kuleba GUAM Demokratiya və İqtisadi İnkişaf Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.
İclas Ukrayna Prezidenti və Ukrayna nümayəndə heyətinin BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı baş tutub.
D. Kulebanın sözlərinə görə, Baş katib Altay Əfəndiyev bu görüşün GUAM nazirlərinin son illərdəki ən əsaslı görüşü olduğunu qeyd edib.
Tərəflər təşkilat çərçivəsində gələcək siyasi əməkdaşlığı, Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan arasında iqtisadiyyat, ticarət, nəqliyyat, İT və innovasiya sahələrində sektoral əməkdaşlığı müzakirə ediblər.