• 4 Oktyabr 2024
logo
Bakı Fond Birjasında repo predmeti olan qiymətli kağızların siyahısı yenilənib

Bakı Fond Birjasında repo predmeti olan qiymətli kağızların siyahısı yenilənib

“Bakı Fond Birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi Qaydaları”na dəyişikliklərin təsdiqlənməsi ilə repo əməliyyatlarının stimullaşdırılması üzrə bir sıra yeni müddəalar qüvvəyə minib.
Bakı Fond Birjasından bildirilib ki, dəyişikliklərdən sonra qurumun əsas və standart bazar seqmentində listinqə daxil olan korporativ qiymətli kağızlar repo predmeti kimi istifadə olunması mümkün olub.
Noyabrın 1-dən etibarən Bakı Fond Birjasında repo əməliyyatlarında repo predmeti olan qiymətli kağızların yeni siyahısı və onlar üzrə təminat əmsalı qüvvəyə minib. Siyahı Bakı Fond Birjasının internet səhifəsində “Repo bazarı” bölməsində (https://bfb.az/korporativ-repo-emeliyyatlari/) yerləşdirilib.