• 27 Oktyabr 2021
logo
Azərbaycanda Rusiyanın iki nazirliyinin nümayəndəsi işə başlayacaq

Azərbaycanda Rusiyanın iki nazirliyinin nümayəndəsi işə başlayacaq

Bu ilin sonunadək Rusiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsinin Azərbaycanda işə başlayacağı gözlənilir.
Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov mətbuat konfransında bildirib.
"Biz gözləyirik ki, bu ilin sonuna kimi o, Azərbaycanda öz işinə başlayacaq. Biz bunu çox gözləyirik, çünki iş həcmi olduqca böyükdür", - R. Mirsayapov qeyd edib.
Onun sözlərinə görə, bu ilin fevral ayında Rusiyanın Federal Gömrük Xidmətinin nümayəndəsi gələndən sonra Azərbaycanda işlərin həyata keçirilməsi yüngülləşib, çünki bu sahədə işlər artıq professionallar tərəfindən həyata keçirilir. Kənd təsərrüfatı sahəsində də belə bir insanın Azərbaycanda işə başlaması məhsulların tədarükü məsələsinə əlavə impuls verəcək.
Bununla yanaşı, R. Mirsayapovun sözlərinə görə, bu ilin oktyabr ayından Rusiyanın İqtisadi İnkişaf Nazirliyi də müəyyən ölkələrdə (Azərbaycan əhatə olmaqla təxminən 50 ölkədə) öz nümayəndəsi ilə təmsil oluna bilər.
"Planlaşdırırıq ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi bu ilin sonunda və ya gələn ilin əvvəlində Azərbaycanda işə başlayacaq", - R. Mirsayapov vurğulayıb.