• 29 Mart 2024
logo
Rusiyanın Azərbaycanla ticarət dövriyyəsi pandemiyadan əvvəlki göstəricini üstələyib

Rusiyanın Azərbaycanla ticarət dövriyyəsi pandemiyadan əvvəlki göstəricini üstələyib

Bu ilin yanvar-iyul aylarında Rusiyanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 1 724,8 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 8,2% çoxdur.
Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov mətbuat konfransında bildirib.
Qeyd olunub ki, ötən il bu göstərici 1 594,8 mlrd. dollar təşkil edib.
R. Mirsayapovun sözlərinə görə, ötən il pandemiya səbəbindən iki ölkə arasında ticarət dövriyyəsinin azalmasına baxmayaraq, bu il artıq müsbət tendensiya qeydə alınıb. O, onu da əlavə edib ki, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin aktiv templərlə inkişaf edəcəyi gözlənilir.
R. Mirsayapov qeyd edib ki, bu il üçün ticarət dövriyyəsi üzrə əsas məqsəd 2019-cu ildə əldə olunan yüksək göstəricini (3,17 mlrd dollar) üstələməkdir və cari ilk yeddi ayının nəticələrinə görə, müsbət nəticə artıq əldə olunub. Belə ki, ölkələr arasında hesabat dövründə göstərici 2019-cu ilin müvafiq dövründə qeydə alınan göstərici (1 656,7 mln. dollar) ilə müqayisədə 4,1% artıb.
Xatırladaq ki, Azərbaycan Dövləе Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 1,780 mlrd. dollar təşkil edib, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,9% çoxdur.