• 27 Aprel 2024
logo
Nazir: "Milli prioritetlər konsepsiyası çərçivəsində hazırlanan beşillik strateji plan bu il qəbul oluna bilər"

Nazir: "Milli prioritetlər konsepsiyası çərçivəsində hazırlanan beşillik strateji plan bu il qəbul oluna bilər"

"Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" konsepsiyası çərçivəsində hazırlanan beşillik strateji planın bu ilin sonunadək qəbul olunacağı gözlənilir.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" adlı müstəqil hesabatının növbəti nəşrinin təqdimatında çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu plan ölkənin iqtisadi və sosial sahələrini əhatə edir.
"Sənəd artıq hökumətə təqdim olunub. Bu, kollektiv şəklində yaradılan bir sənəddir. Onun üzərinə 11 işçi qrupu işləyir", - deyə nazir qeyd edib.
O həmçinin əlavə edib ki, növbəti illərdə iki məsələ diqqət mərkəzində olacaq.
"Dövlət satınalmaları prosesi və bu istiqamətdə islahatların aparılması və rəqabət əsaslı mühitin yaradılması. Bu iki məsələ müntəzəm olaraq diqqət mərkəzində olacaq və onlar prioritetləşdiriləcək",- deyə nazir əlavə edib.