• 28 Mart 2024
logo
Azərbaycanda son 15 ayda 5 mindən çox KOB 1 mlrd. manat dəyərində kredit üçün müraciət edib

Azərbaycanda son 15 ayda 5 mindən çox KOB 1 mlrd. manat dəyərində kredit üçün müraciət edib

Son 15 ay ərzində 5 mindən çox kiçik və orta biznes (KOB) tərəfindən 1 mlrd. manat dəyərində kredit müraciətləri daxil olub.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" adlı müstəqil hesabatın təqdimatında çıxış edərkən deyib.
Onun sözlərinə görə, kommersiya banklarının əsasında onların bir çoxuna 123 mln. manatlıq kreditlər verilib.
"Hazırda bizneslər dövlət siyasətinə, konkret olaraq bu dəstək mexanizmlərinə reaksiya verib və çox müsbət tərzdə cavab alıb. Biz illik 3,4% ÜDM artımını proeksiya etmişik. Bizim beynəlxalq partnyorlar bizimlə razılaşmırdı. Deyirdilər, 1,7% olacaq. Biz indi proeksiya edirik ki, bu göstərici 4%-dək olacaq. Onlar hələ də fərqli düşünürlər", - deyə M. Cabbarov qeyd edib.