• 24 Aprel 2024
logo
OPEC neftin qiymətini 70 dollar səviyyəsində saxlamaq niyyətindədir

OPEC neftin qiymətini 70 dollar səviyyəsində saxlamaq niyyətindədir

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və tərəfdaşları neftin 1 barelinin qiymətini 70 ABŞ dolları səviyyəsində saxlamaq niyyətindədirlər.
Rusiya mətbuatının verdiyi məlumata görə, bunu İraqın neft naziri İhsan Abd al-Cabbar deyib.
"OPEC və müttəfiqləri neftin bir barelinin qiymətini 70 dollara yaxın səviyyədə saxlamaq üçün çalışırlar", - nazir qeyd edib.
Onun sözlərinə görə, təşkilat tezliklə dünya bazarlarında vəziyyəti müzakirə edəcək.
İhsan Abd al-Cabbar onu da qeyd edib ki, İraq neftin qiymətinin 65 dollardan artıq səviyyədə qalacağına və "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) üzrə gündəlik neft hasilatının aylıq artımının 400 min barel səviyyəsində qalacağına ümid edir.
Qeyd edək ki, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin 19-cu iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barel artırılmasına, gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.