• 17 Oktyabr 2021
logo
İqtisadi Şurada 2022-ci ilin büdcə layihəsi müzakirə edilib

İqtisadi Şurada 2022-ci ilin büdcə layihəsi müzakirə edilib

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən vereilən məlumata görə, iclasda 2022-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələri, 2021-2025-ci illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, həmçinin Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən sığorta fondunun 2022-ci il üçün büdcə layihələri müzakirə olunub.