• 26 Aprel 2024
logo
AYİB-in Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirakı müzakirə olunub

AYİB-in Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirakı müzakirə olunub

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birgə həyata keçirilən layihələr ölkəmizdə qabaqcıl təcrübənin tətbiqi, iqtisadi şaxələndirmənin təşviqi baxımından əhəmiyyətlidir.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone və Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansenlə Gəncə "Yaşıl Şəhər Proqramı"nın icrasını və ölkənin digər şəhərlərində tətbiqi imkanlarını, yeni nvestisiya layihələrini, azad olunmuş ərazilərin potensialının reallaşdırılmasında bankın iştirakını müzakirə edib.
Qeyd edək ki, bu ilin avqustun 31-nə AYİB-in Azərbaycandakı aktiv portfelinin həcmi 35 layihə üzrə 1,132 mlrd. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bank bu günədək Azərbaycana 3,172 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 85,1%-i (2,698 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 22%-i özəl sektorun payına düşüb.
Xatırladaq ki, təkcə 2020-ci ildə bank Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb. Ayrılan vəsaitin həcmi 2019-cu il ilə müqayisədə dəyişməyib, lakin layihələrin sayı 5-dən 6-ya yüksəlib.