• 25 Aprel 2024
logo
Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektoruna 5 mlrd. dollar sərmayə yatırıb

Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektoruna 5 mlrd. dollar sərmayə yatırıb

Rusiya şirkətləri 1 aprel 2021-ci il tarixinə Azərbaycanın neft-qaz sektoruna 4,9 mlrd. ABŞ dollar sərmayə yatırıb.
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiyanın "Nefteqazovaya vertikal" jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda Rusiya kapitallı mindən çox şirkət fəaliyyət göstərir.
Nazir onu da qeyd etdi ki, böyük karbohidrogen ehtiyatlarına malik olan Azərbaycanın neft və qaz sektoru hər zaman xarici investisiyalar üçün cəlbedici olub. 2000-2020-ci illərdə Azərbaycanın neft-qaz sektoruna 109,5 mlrd. dollar sərmayə qoyulub ki, bunun da 79,5%-i xarici investisiyalardır.