• 28 Mart 2024
logo
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 12%-dən çox artıb

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 12%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 689 393,7 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 76 626,4 min dollar və ya 12,5% çoxdur.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin təqdim etdiyi hesabatında bildirilib.
Hesabat dövründə Gürcüstan Azərbaycandan 342 397,1 min dollarlıq mal və məhsullar idxal edib ki, bu da illik ifadədə 4,2% çoxdur. Gürcüstanın Azərbaycana ixracı isə illik müqayisədə 22,1% artaraq 346 996,7 min dollara bərabər olub.
Nəticədə, cari ilin ilk səkkiz ayı ərzində Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 4 599,6 min dollarlıq müsbət saldo yaranıb.
Qeyd edək ki, 2020-ci ilin yanvar-avqust ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarətdə 44 302,9 min dollarlıq mənfi saldo olub.