• 27 Oktyabr 2021
logo
Azərbaycana elektromobillərin idxalı kəskin azalıb

Azərbaycana elektromobillərin idxalı kəskin azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xaricdən dəyəri 1,846 mln. ABŞ dolları olan 55 elektrikli avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 2,5 dəfə, dəyər ifadəsində isə 4,2 dəfə azalıb.
Təkcə avqust ayında ölkəyə 313,39 min dollarlıq 11 elektromobil gətirilib ki, bu da iyul ayı ilə müqayisədə miqdar ifadəsində 37,5%, dəyər ifadəsində isə 10,5% çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında elektromobillərin Azərbaycanın ümumi avtomobil idxalındakı payı cəmi 0,1% təşkil edib.