• 4 Dekabr 2020
logo
Nazir: Azərbaycanda o qədər nərə balığı yoxdur ki, bütün restoranlarda satılsın

Nazir: Azərbaycanda o qədər nərə balığı yoxdur ki, bütün restoranlarda satılsın

Restoranlarda nərə balığı adı ilə insanlara başqa ətin satılması halları mövcuddur.
Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanda o qədər nərə balığı yoxdur ki, bütün restoranlarda satılsın:
“O qədər nərə balığı yoxdur. Biz yediyimiz məhsula ehtiyatla yanaşmalıyıq. Digər ətin nərə balığı adı ilə verilməsi var. Vətəndaşlar bu məsələdə ehtiyatlı olmalıdır”.
M.Babayev əlavə edib ki, Azərbaycanda nərə balığının yetişdirilməsi istiqamətində işləri davam edir və ildən-ilə bu proses artır: “Biz bunun müsbət nəticələrini görəcəyik”.