• 17 Sentyabr 2021
logo
Şimali Kiprin Bakıdakı Təmsilçiliyinin rəhbəri sahibkar xanımlarla görüşdü

Şimali Kiprin Bakıdakı Təmsilçiliyinin rəhbəri sahibkar xanımlarla görüşdü

Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı Təmsilçiliyinin rəhbəri Mustafa Kemal Beyazbayram ölkəmizdə fəaliyyət göstərən bir qrup sahibkar xanımla görüşüb. Görüşdə “Azərbaycan - Şimali Kipr” Dostluq Qrupunun rəhbəri Ramiz Alıyev də iştirak edib.

"Xalq Cəbhəsi" xəbər verir ki, Mustafa Beyazbayram görüşdə olan sahibkar xanımları salamlayaraq bildirib ki, Azərbyacana gəldikdən sonra sahibkar xanımlarla ilk görüşüdür:
"Bir çox görüşlər keçirmişəm, istər Milli məclisin deputatları, istərsə də KİV nümayəndələri ilə keçirdiyim bütün görüşlərdə dediyim kimi, mən bura öz vətənimə gəlmişəm. Azərbaycan mənim üçün doğmadır. Öncəki illərdə də Azərbyacanda müxtəlif işlərdə çalışdım, yenidən Azərbaycanda, Bakıda olmağımdan çox məmnunam. Azərbaycandakı fəaliyyətim dövründə müxtəlif sahələrlə yanaşı, iki ölkənin sahihkarları arasında da əlaqələrinin qurulması və inkişaf etməsi üçün əlimdən gələni edəcəm".
Şimali Kiprin Bakı Təmsilçisi Azərbaycanın qazandığı möhtəşəm qələbədən qürur duyduğunu da dilə gətirib. Bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı biz xalq olaraq qardaşlarımızın yanında idik və bu bizim qardaşlıq borcumuz idi. 30 illik işğaldan sonra tarixi Azərbaycan torpaqlarının azad edilməsi bütün dünyaya Türkün gücünü və qətiyyətini göstərdi.
Daha sonra “Azərbaycan - Şimali Kipr” Dostluq Qrupunun rəhbəri Ramiz Alıyev çıxış edərək Şimali Kiprin Bakı Təmsilçiliyinin rəhbəri Mustafa Kemal Beyazbayrama ölkəmiz üçün söylədiyi fikirlərinə və bugünki görüşə görə təşəkkür edib. Bildirib ki, sahibkar xanımlarla görüşün əsas məqsədi qarşılıqlı əməkdaşlığın qurulması və bu dostluğun-qardaşlığın gələcəkdə iqtisadi sahədə də özünü göstərməsidir.
Görüşdə iştirak edən sahibkar xanımlar da öz növbəsində görüşün təşkilinə görə həm Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı Təmsilçiliyinə, həm də “Azərbaycan - Şimali Kipr” Dostluq Qrupuna təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, hər iki ölkənin xanım sahibkarları əməkdaşlıqda maraqlıdır və gələcəkdə böyük layihələr etməyi planlayırlar. Daha sonra görüş müzakirələr şəkilində davam edib.
Qeyd edək ki, bu günki görüşdə Günel Məmmədhəsənova- Tovuz Baltiya, Tovuz Retail, Jalə Amirbəyova- AMİİA sədr müavini, Gülbəniz Qənbərova- AKQA – sədri, Afət Əhmədova- Brightman MMC, Səidə Qasımova- Az Print MMC, Rəftarə Şükürova- Citrus Valley MMC, Reyhan Əliyeva- Reyahanla MMC iştirak ediriblər.
Cavid