• 17 Sentyabr 2021
logo
Azərbaycan elektrik enerjisinin istehsalını 7% artırıb

Azərbaycan elektrik enerjisinin istehsalını 7% artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 17 467,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 7,2% çoxdur.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-avqust aylarında 16 936,8 mln. kVt-saat təşkil edib (artım 7,5%).
Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjinin 15 897,2 mln. kVt-saat istilik (artım 7,2%), 945 mln. kVt-saat su elektrik (artım 14,3%) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.