• 18 Yanvar 2021
logo
2 rayonda 419 evə qaz verilib

2 rayonda 419 evə qaz verilib

Şamaxı şəhərinin genişləndirilmiş hissəsinə qaz verilib. "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, bu gün aparılan tikinti-quraşdırma işləri başa çatdırılıb, qaz kəmərləri müvafiq qaydada istismara qəbul edilib. Layihə çərçivəsində 21 815 m uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib, 2 ədəd tənzimləyici və 56 ədəd siyirtmə quraşdırılıb. Şəhərin bu hissəsində 208 yeni tikilən fərdi ev qazla təmin olunub. Bu gün eyni zamanda Masallı rayonunun Xoşçobanlı kəndində də 211 fərdi evə qaz verilib.