• 30 Noyabr 2021
logo
Vahid Ələkbərov: ""OPEC+" müəyyən bir müddət üçün deyil, həmişəlik yaradılıb"

Vahid Ələkbərov: ""OPEC+" müəyyən bir müddət üçün deyil, həmişəlik yaradılıb"

Balanslaşdırılmış mövqe və "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində mövcud olan kompromislər onun (razılaşmanın – red.) uzun illər qüvvədə qalacağına inam verir.
Bunu Rusiyanın "Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərov "Kommersant"a müsahibəsində deyib.
Onun sözlərinə görə, "OPEC+" sazişi istehlakçılara qiymətlərdə kəskin artım olmayacağına əmin olmağa imkan verir, çünki bunun qarşısını almaq üçün ehtiyatlar var.
V. Ələkbərovun fikrincə, hərəkətlərin razılaşdırılması ən yaxşı effektivlik verir.
"Düşünürəm ki, "OPEC+" alyansı müəyyən bir müddət üçün deyil, həmişəlik yaradılıb. Sadəcə, tənzimləmə vəziyyətdən asılı olaraq fərqli ola bilər", - V. Ələkbərov qeyd edib.