• 3 Dekabr 2021
logo
Pakistan TIR çərçivəsində Azərbaycanla logistik əlaqələr qurmaq niyyətindədir

Pakistan TIR çərçivəsində Azərbaycanla logistik əlaqələr qurmaq niyyətindədir

Pakistanın "National Logistics Cell" (NLC) multimodal logistika şirkəti qısa müddət ərzində Azərbaycan və Türkiyə ilə TIR ("Transports Internationaux Routiers") çərçivəsində nəqliyyat və logistik əlaqələr qurmağı hədəfləyir.
"APA-Economics"in Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, şirkət bu yaxınlarda Beynəlxalq Nəqliyyat Birliyinin Pakistan Milli Avtorizasiya Komitəsi tərəfindən regional nəqliyyat əməliyyatlarının asanlaşdıran və beynəlxalq zəmanət verən TIR-ə qəbul edilib. Bu, yüklərin sərhəddən prosedur problemi olmadan keçməsinə imkan verir və buna qədər Pakistanın beynəlxalq ticarətin genişləndirməsi üçün əsas çatışmazlıqlardan sayılırdı.
Hazırda NLC TIR çərçivəsində ilkin olaraq Azərbaycan, Türkiyə və Türkmənistanla nəqliyyat və logistik əlaqələr qurmağı planlaşdırır və bunun sayəsində regional ticarətdə aparıcı TIR operatoru olmağı hədəfləyir. NLC dəniz yolu ilə ənənəvi ticarətlə məşğul olan uzun və vaxt aparan proseslərdən qaçaraq bizneslərə kompleksli logistika xidmətləri təklif edir.