• 21 Yanvar 2022
logo
AQTA: İlin sonunadək heyvanların identifikasiyası sisteminin pilot tətbiqinə başlanacaq

AQTA: İlin sonunadək heyvanların identifikasiyası sisteminin pilot tətbiqinə başlanacaq

Hazırda ölkədə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi" layihəsi çərçivəsində heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması davam etdirilir.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli özəl baytarlığa həsr olunmuş tədbirdə çıxış edərkən deyib.
"2021-ci ilin sonunadək heyvanların identifikasiyası və qeydiyyatı sistemi üçün xarici şirkətlərdən ibarət konsorsiumun proqram təminatının işlənilib sınaqdan keçirilməsi və pilot layihə olaraq Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonu ərazisində, 2022-ci ildən isə bütün ölkə ərazisində tətbiq edilməsi nəzərdə tutulur", - Q. Təhməzli bildirib.
O həmçinin qeyd edib ki, pilot layihənin ölkədə tam tətbiq edilməsi hazır olunandan sonra vaksinasiya və identifikasiya işlərinə özəl baytarların cəlb edilməsi nəzərdə tutulur.