• 21 Yanvar 2022
logo
Azərbaycan əhalisi bu il 46 mln. manatlıq araq istehlak edib

Azərbaycan əhalisi bu il 46 mln. manatlıq araq istehlak edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsində 46,124 mln. manat dəyərində araq və araq məmulatları alıb.
Dövlət Statistika Komitəsinin apardığı hesablamalarına görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,9% çoxdur. Təkcə cari ilin II rübündə əhali arağa 22,558 mln. manat xərcləyib. Bu, illik müqayisədə 12,4% çoxdur.
Qeyd edək ki, 2021-ci ilin ilk yarısında Azərbaycanda 744,8 min dekalitr araq istehsal olunub. Bu, illik müqayisədə 38,3% azdır. İdxala gəldikdə, yanvar-iyunda ölkəyə 5,106 mln. manat dəyərində 33,07 min dekalitr araq tədarük edilib. Bu, illik müqayisədə həcm ifadəsində 12,3%, dəyər ifadəsində isə 18,8% çoxdur.