• 19 Yanvar 2022
logo
Azərbaycan Moskva vilayətindən pendir idxal edən əsas ölkələr arasında yer alıb

Azərbaycan Moskva vilayətindən pendir idxal edən əsas ölkələr arasında yer alıb

Azərbaycan Rusiyanın Moskva vilayətindən pendir idxal edən beş əsas ölkədən biridir. Bu barədə Moskva vilayətinin Kənd Təsərrüfatı və Qida Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bu ilin ilk altı ayının nəticələrinə əsasən, Moskva vilayəti pendir ixracına görə Rusiya istehsalçılarının reytinqində liderdir. Belə ki, hesabat dövründə məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% artaraq 29,5 mln. ABŞ dollarına çatıb.
Həcm baxımdan pendir ixracı da artaraq 9,7 min ton təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% çoxdur.
Moskva vilayətində istehsal olunan pendirlər Qazaxıstan, Belarus, Özbəkistan, Azərbaycan və Gürcüstan kimi ölkələrdə populyardır.
Moskva vilayətindən pendir ixracının ümumi Rusiya ixracatında payı (57,4 mln. dollar) 51,4% təşkil edib.