• 27 Yanvar 2022
logo
BVF Azərbaycana 0,9 mlrd. manatdan çox vəsait ayırıb

BVF Azərbaycana 0,9 mlrd. manatdan çox vəsait ayırıb

Beynəlxalq Valyuta Fondu (BVF) uzunmüddətli qlobal ehtiyacları təmin etmək, güvən yaratmaq və qlobal iqtisadiyyatın dayanıqlığını və sabitliyini gücləndirməsi çərçivəsində üzv ölkələrə 650 mlrd. ABŞ dollar ekvivalentində xüsusi borcalma hüquqları (SDR) ayırıb.
BVF-nin verdiyi məlumata görə, tarixdə ən böyük sayılan və avqustun 23-də qüvvəyə minən maliyyə bölgüsü çərçivəsində Azərbaycana fond tərəfindən 375,4 mln. SDR (905,24 mln. manat) ayrılıb.
Qeyd edək ki, Azərbaycanın BVF-dəki kvotası 391,7 mln SDR (944,54 mln. manat) təşkil edir və ümumi vəsaitin 0,08%-nə bərabərdir.