• 19 Yanvar 2022
logo
Rusiyada 2025-ci ildə ilk hidrogen yanacaqdoldurma məntəqələri istifadəyə veriləcək

Rusiyada 2025-ci ildə ilk hidrogen yanacaqdoldurma məntəqələri istifadəyə veriləcək

Rusiyada hidrogenlə işləyən avtomobillər üçün ilk 100 yanacaqdoldurma məntəqəsi 2025-ci ildə istifadəyə veriləcək. "APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə hökumətin təsdiq etdiyi 2030-cu ilə qədər elektrikli nəqliyyat vasitələrinin istehsalının inkişaf etdirilməsi konsepsiyasında bildirilir. Məlumata görə, 2025-ci ildən 2027-ci ilə qədər Rusiyada ildə 100, 2028-ci ildə 300, 2029-2030-cu illərdə isə 200 (hər il) hidrogen yanacaqdoldurma məntəqəsi açılacaq. Beləliklə, 2030-cu ilədək ölkədə hidrogenlə işləyən avtomobillər üçün 1 000 yanacaqdoldurma məntəqəsi tikiləcək.