• 24 Yanvar 2022
logo
AMB: Pərakəndə ticarət sektorunda inam kəskin azalıb

AMB: Pərakəndə ticarət sektorunda inam kəskin azalıb

2021-ci ilin iyul ayında Azərbaycanın pərakəndə ticarət sektorunda Biznes İnam İndeksi (Bİİ) kəskin azalaraq iyundakı 30,1 bənddən 9,9 bəndə enib.
Azərbaycan Mərkəzi Bankınnın (AMB) verdiyi məlumata görə, azalmanın əsas drayveri sektorda növbəti üç ay üçün satışlar üzrə gözləntilərin kəskin enməsi olub. Növbəti üç ay üçün qiymət gözləntiləri də əhəmiyyətli dərəcədə enib.
Qeyd edək ki, pərakəndə ticarət sektorunun Bİİ-nə birbaşa təsir edən son üç ayın faktiki satışları da kəskin azalıb.