• 21 Yanvar 2022
logo
Azərbaycan qaz və elektrik sayğaclarının idxalını iki dəfədən çox artırıb

Azərbaycan qaz və elektrik sayğaclarının idxalını iki dəfədən çox artırıb

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan xaricdən 28,053 mln. ABŞ dolları dəyərində (47,689 mln. manat) dəyərində 694 304 vahid qaz, elektrik enerjisi və maye sayğacları idxal edib.
Dövlət Statistika Komitəsinin apardığı hesablamalara görə, bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 2,1 dəfə, dəyər ifadəsində isə 3,1 dəfə çoxdur.
Ümumi sayğac idxalı çərçivəsində ölkəyə ən çox qaz sayğacı gətirilib. Belə ki, hesabat dövründə Azərbaycana 19,618 mln. dollarlıq (33,351 mln. manat) 516 384 vahid qaz sayğacı idxal olunub ki, bu da miqdar ifadəsində 2,4 dəfə, dəyər ifadəsində isə 3,4 dəfə çoxdur.
Elektrik enerjisi sayğacları isə 8,364 mln. dollarlıq ( 14,220 mln. manat) 177 308 ədəd gətirilib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 2,4 dəfə, dəyər ifadəsində isə 3,4 dəfə çoxdur. Maye sayğaclarına gəldikdə, onlardan ilin ilk yarısında 69,89 min dollarlıq (118,813 min manat) 612 vahid ölkəyə tədarük olunub. Bu illik müqayisədə miqdar ifadəsində 73,6% az olsa da, dəyər ifadəsində 3,7% çoxdur.
Qeyd edək ki, 2021-ci ilin ilk yarısında qaz sayğaclarının 97%-i Çindən, elektrik enerjisi sayğaclarının 60,4%-i Çindən, 39,4%-i Türkiyədən, maye sayğaclarının 43%-i Gürcüstandan, 28,3%-i Türkiyədən, 25,3%-i isə Slovakiyadan idxal olunub.