• 27 Yanvar 2022
logo
İran Xəzərdə nəhəng qaz yatağı aşkar edib

İran Xəzərdə nəhəng qaz yatağı aşkar edib

İran Xəzər dənizində yeni nəhəng qaz yatağı (“Çalous”) aşkar edib.
“Yahoo Finance”nin verdiyi məlumata görə, yatağı İranın “Xəzər Kəşfiyyat və İstehsalat Şirkəti “ (KEPCO) inkişaf etdirəcək, lakin Rusiya və Çin tərəfindən texniki və maliyyə yardımı həyata keçiriləcək.
Məlumata görə, ilkin hesablamalar düzgün olsa, “Çalous” yatağının hesabına İran Avropanın qaz istehlakının ən azı 20%-i təmin edə bilər.
Qeyd edilir ki, yeni qaz yatağının qaz ehtiyatları super nəhəng “Cənubi Pars” yatağının ehtiyatlarının dörddə biri həcmində (təxminən 3,5 trln. kubmetr - red.) qiymətləndirilir. “Cənubi Pars” yatağının ehtiyatları təxmini 14,2 trln. kubmetr qaz və 18 mlrd. barel kondensat həcmində qiymətləndirilir.