Gürcüstan bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 63 264,57 min ABŞ dolları dəyərində 121 647,37 ton neft idxal edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, Azərbaycandan idxal edilən məhsulun həcmi illik ifadədə 7 041,74 ton və ya 6.14%, dəyəri isə 30 129,63 min dollar və ya 90.1% artıb. Belə ki, 2020-ci ilin ilk yeddi ayında Gürcüstan Azərbaycandan 33 134,94 min dollar dəyərində 114 605.63 ton neft idxal edib.