• 30 Noyabr 2020
logo
Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi haqqında qərar qəbul edib.
Trend-in məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 9,5% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
Bu qərar bu gündən qüvvəyə minir. Faiz dəhlizinin parametrlərinə növbəti dəfə bu ilin dekabrın 13-də baxılacaq.